

TECHNICSERVICE, ən lazımi anda işə qoşularaq layihənin uğurla həyata keçirilməsi üçün zəruri olan bütün fəaliyyəti həyata keçirir.
Biz, neft və qaz emalı zavodları və dəniz sənayesi müəssisələri, təsisatların və neftayırma zavodlarının tədarük proseslərinin təchizat zəncirinin idarə olunması üzrə ixtisaslaşmış tam həcmli sənaye təchizatı və mühəndislik şirkəti olaraq müştərilərimizə geniş və əhatəli məhsul və xidmətlər çeşidi təklif edirik.
Dünyanın məşhur istehsalçıları ilə əməkdaşlıq
Neft və qaz sahəsində nümunəvi peşəkarlığımız və səriştəmiz öz sahələrinin aparıcı istehsalçıları tərəfindən qəbul edilmişdir.
Hal-hazırda biz Chromalox Inc., Tractel Ltd., Dupont Inc., Hoppecke Industrial Batteries Ltd., 3M, Primary Fluid Systems Inc., ISS Chemicals Europe B.V., Ciglow Industrial Services Ltd., CableSafe, Multitek Power Ltd. və «Nefteprodukt» QSC kimi şirkətlərin regionumuzda eksklyuziv tərəfdaşı və rəsmi nümayəndələriyik.

ZƏNGİN BİLİK VƏ TƏCRÜBƏ
Əsas dəyərlərimizi unutmamaq şərti ilə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan, Özbəkistan və digər ölkələrin sənaye nəhəngləri ilə çalışmış və fəaliyyət göstərdiyimiz hər bir ölkə üçün fərqli strategiya və prosedurlar yaradaraq dünya miqyasında tətbiq olunan iş prinsipləri haqqında məlumat və təcrübə toplamışıq.

UYĞUNLAŞMA BACARIĞI
VƏ MOBİLLİK
Mövcud bazar tendensiyaları və neft qiymətlərindəki davamlı dalğalanma ehtimalı bu sektordakı şirkətləri tədarük zəncirini və satınalma prosedurlarını qiymətləndirməyə və qısa müddətli strategiyalardan kənara çıxmağa məcbur edir.
Biz də öz strategiyamızı yerli şəraitə uyğunlaşdırırıq və hər bir müştərinin ehtiyaclarına uyğun olaraq, mümkün olan ən yaxşı xidmətləri ən qısa müddətdə, hazırlayırıq.

KEYFİYYƏTLİ MƏHSULLAR
VƏ EHTİYAT HİSSƏLƏRİ
Şirkətimiz sənaye məhsullarının və ehtiyat hissələrinin aparıcı tədarükçüsüdür və əhatə dairəmiz getdikcə genişlənir. Bütün təminat, təmir və əməliyyat ehtiyaclarınız üçün tam spektrli MRO məhsulları təklif edirik.
Daha çox işlərin görülməsinə ehtiyac duyulduğuna baxmayaraq, tərəfadaşlarımıza və ümumilikdə sənayemizə dəyər qazandırmaq üçün işə münasibətimiz və təcrübəmizin bizi uğura aparacağına inanırıq.